أَفَلَا يَرَوۡنَ أَلَّا يَرۡجِعُ إِلَيۡهِمۡ قَوۡلٗا وَلَا يَمۡلِكُ لَهُمۡ ضَرّٗا وَلَا نَفۡعٗا ٨٩
Afalā yarawna allā yarji'u ilayhim qawlan walā yamliku lahum darran walā naf'ā
Məgər (bu heykəlin) onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?!
Təfsir
Məgər bu buzova məftun olub, ona ibadət edən kimsələr, buzovun onları danışdırmadığını, onlara heç bir cavab vermədiyini, buzovun nə özlərindən, nə də başqalarından bir zərəri dəf etməyə yaxud nə özlərinə, nə də başqalarına bir fayda verməyə qadir olmadığını görmürdülərmi?!