قَالُواْ مَآ أَخۡلَفۡنَا مَوۡعِدَكَ بِمَلۡكِنَا وَلَٰكِنَّا حُمِّلۡنَآ أَوۡزَارٗا مِّن زِينَةِ ٱلۡقَوۡمِ فَقَذَفۡنَٰهَا فَكَذَٰلِكَ أَلۡقَى ٱلسَّامِرِيُّ ٨٧
Qālū mā akhlafnā maw'idaka bimalkinā walākinnā hummilnā awzāram min zīnatil-qawmi faqadhafnāhā fakadhālika alqas-sāmiriyy
Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o qövmün (Misir xalqının) zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları oda atdıq. Həmçinin Samiri də onu oda atdı”.
Təfsir
Musanın qövmü ona belə dedilər: "Ey Musa! Biz sənə verdiyimiz sözdən öz istəyimizlə dönmədik. Biz bunu məcburiyyət qarşısında qalara belə etdik. Biz Firon qövmünün bərbəzək və zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Bizdə onlardan canımızı qurtarmaq üçün onları quyuya atdıq. Biz bərbəzək və zinət əşyalarını quyuya atdığımız kimi, Samiri də özü ilə götürdüyü Cəbrailin -Əleyhis-salam- atının ayağının basdığı torpağıda quyuya atdı".