Saba surəsi, ayə 52

34:52

وَقَالُوٓاْ ءَامَنَّا بِهِۦ وَأَنَّىٰ لَهُمُ ٱلتَّنَاوُشُ مِن مَّكَانِۭ بَعِيدٖ ٥٢

Waqālū āmannā bihī wa annā lahumut-tanāwushu mim makāni ba'īd

Onlar: “Biz ona inandıq!”– deyəcəklər. Axı uzaq bir yerdə (Axirətdə) imana necə nail ola bilərlər?!

Təfsir

Onlar gedəcəkləri yeri gördükdə deyəcəklər: “Biz qiyamət gününə inan­dıq!” İman gətirməyin qəbul edildiyi yerdən - əməlin qəbul edildiyi, lakin mükafatı verilmədiyi dünya həyatından çıxıb, əməl etməyə fürsət verilmədiyi, lakin (edilmiş əməlin) mükafatı verildiyi axirət həyatına qovuşduqdan sonra imana necə nail ola bilərlər?!