Saba surəsi, ayə 51

34:51

وَلَوۡ تَرَىٰٓ إِذۡ فَزِعُواْ فَلَا فَوۡتَ وَأُخِذُواْ مِن مَّكَانٖ قَرِيبٖ ٥١

Walaw tarā idh fazi'ū falā fawta wa ukhidhū mim makānin qarīb

Kaş, sən onları (o kafirləri) qorxuya düşdükləri vaxt görəydin. Onlar qaçıb canlarını qurtara bilməyəcək və yaxın bir yerdə ələ keçiriləcəklər.

Təfsir

Ey Peyğəmbər, kaş, sən haqqı yalan sayan o kafirlərin qiyamət günü əzabı gördükdə qor­xuya düşdüklərini gö­rəy­din. On­ların bu əzabdan qurtulmağa bir yolu olmayacaq və onlar sığınmaq üçün bir yer tapa bilməyəcəklər, üstəlik, yaxın və asanlıqla ələ keçiriləcək bir yerdə ilk həmlədə yaxalanacaqlar. Əgər sən bunu görsən əcaib bir şey görmüş olarsan.