Rabbana afrigh 'alayna sabra

Tərcümə: Azerbaijani Translation - Ali Khan Musayev

وَلَمَّا بَرَزُواْ لِجَالُوتَ وَجُنُودِهِۦ قَالُواْ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَثَبِّتۡ أَقۡدَامَنَا وَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ٢٥٠

Walammā barazū lijālūta wajunūdihī qālū rabbanā afrigh 'alaynā sabran wathabbit aqdāmanā wansurnā 'alal-qawmil-kāfirīn

Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda, dedilər: “Ey Rəbbimiz! Bizə bollu səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”

Təfsir

Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda Allaha dua edərək dedilər: "Ey Rəbbimiz! Qəlbimizə möhkəm səbr ver, düşmənimizin qarşısından qaçmamaq və məğlub olmamağımız üçün qədəmlərimizi sabit et, qüvvətin və köməyin ilə kafir qövmə qələbə çalmaqda bizə yardım et!"

Oxunuş Qabas tərəfindən ərəb mətnindən yazılmış oxu köməkçisidir. Dəqiq tələffüz üçün ərəb hərflərini və təcvidi öyrənin.

Al-Baqarah surəsini tam oxuyun

Suallar

Rabbana afrigh 'alayna sabra Quranda haradadır?

Rabbana afrigh 'alayna sabra Al-Baqarah surəsi daxilindədir (2:250).