يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيۡكُمُ ٱلصِّيَامُ كَمَا كُتِبَ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ ١٨٣
Yā'ayyuhal-ladhīna āmanū kutiba 'alaykumus-siyāmu kamā kutiba 'alal-ladhīna min qablikum la'allakum tattaqūn
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə (Allahdan) qorxasınız.
Təfsir
Ey Allaha iman gətirənlər və Onun peyğəmbərinə tabe olan kimsələr! Oruc sizdən əvvəlki ümmətlərə fərz edildiyi kimi, Rəbbinizdən sizə də oruc tutmaq fərz edildi ki, bəlkə saleh əməllər edərək özünüzlə Allahın əzabı arasında orucu sipər edib, Allahdan qorxasınız. Saleh əməllərin ən əzəmətlilərindən biridə orucdur.