أَيَّامٗا مَّعۡدُودَٰتٖۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوۡ عَلَىٰ سَفَرٖ فَعِدَّةٞ مِّنۡ أَيَّامٍ أُخَرَۚ وَعَلَى ٱلَّذِينَ يُطِيقُونَهُۥ فِدۡيَةٞ طَعَامُ مِسۡكِينٖۖ فَمَن تَطَوَّعَ خَيۡرٗا فَهُوَ خَيۡرٞ لَّهُۥۚ وَأَن تَصُومُواْ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ١٨٤
Ayyāmam ma'dūdātin faman kāna minkum marīdan aw 'alā safarin fa'iddatum min ayyāmin ukhara wa'alal-ladhīna yutīqūnahū fidyatun ta'āmu miskīnin faman tatawwa'a khayran fahuwa khayrul lahū wa an tasūmū khayrul lakum in kuntum ta'lamūn
(Oruc) sayı müəyyən olan günlərdir. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir.
Təfsir
Sizə fərz buyurulmuş oruc, sizin, il ərzində bəzi günlərdə tutduğunuz orucdur. Sizlərdən oruc tutmağa çətinlik çəkən xəstə, yaxud səfərdə olan kəs orucunu aça bilər. Sonra isə tutmadığı hər günün əvəzinə bir gün oruc tutmalıdır. Oruc tutmağa taqəti olub, iftar edənlər isə fidyə verməlidirlər. Fidyə: iftar etdiyi hər bir günün əvəzində bir yoxsulu yedirtməyə deyilir. Kim hər bir günün əvəzində bir yoxsuldan çox insan yedirtərsə yaxud da həm oruc tutub, həm də ki, yoxsul yedirtərsə bu onun üçün daha xeyirli olar. Oruc tutmanız, sizin üçün iftar edib sonra da fidyə verməkdən daha xeyirlidir. Kaş, orucun fəzilətini biləydiniz. Bu hökm, Allah orucu vacib etdiyi ilk vaxtlarda idi, kim istəsə oruc tutardı, kim də istəsəydi iftar edib fidyə verə bilərdi. Bundan sonra Allah, oruc tutmağı vacib etdi və orucu hər bir həddi-büluğa çatan və oruc tutmaqa taqəti olan insana fərz etdi.