شَهۡرُ رَمَضَانَ ٱلَّذِيٓ أُنزِلَ فِيهِ ٱلۡقُرۡءَانُ هُدٗى لِّلنَّاسِ وَبَيِّنَٰتٖ مِّنَ ٱلۡهُدَىٰ وَٱلۡفُرۡقَانِۚ فَمَن شَهِدَ مِنكُمُ ٱلشَّهۡرَ فَلۡيَصُمۡهُۖ وَمَن كَانَ مَرِيضًا أَوۡ عَلَىٰ سَفَرٖ فَعِدَّةٞ مِّنۡ أَيَّامٍ أُخَرَۗ يُرِيدُ ٱللَّهُ بِكُمُ ٱلۡيُسۡرَ وَلَا يُرِيدُ بِكُمُ ٱلۡعُسۡرَ وَلِتُكۡمِلُواْ ٱلۡعِدَّةَ وَلِتُكَبِّرُواْ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمۡ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ١٨٥
Shahru ramadānal-ladhī unzila fīhil-qur'ānu hudal lin-nāsi wabayyinātim minal-hudā wal-furqāni faman shahida minkumush-shahra falyasumhu waman kāna marīdan aw 'alā safarin fa'iddatum min ayyāmin ukhara yurīdullāhu bikumul-yusra walā yurīdu bikumul-'usra walitukmilul-'iddata walitukabbirullāha 'alā mā hadākum wala'allakum tashkurūn
İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Qoy sizlərdən bu aya yetişən kəslər həmin ayı oruc tutsunlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik istəməz, (əksinə), sizin üçün asanlıq istəyər. Allah istəyir ki, siz (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.
Təfsir
Quranın peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil olması Ramazan ayının qədir gecəsində başlamışdır. Allah bu Quranı insanlara doğru yolu göstərmək üçün nazil etmişdir. Quran da doğru yolu göstərən və haqqı batildən ayırd edənin açıq-aydın dəlillər vardır. Kim bu aya yerli və sağlam olaraq yetişərsə, onun, həmin ayda oruc tutması vacibdir. Xəstəliyi üzündən oruc tutmağa çətinlik çəkən yaxud bu ayda müsafir olan kimsə orucunu aça bilər. Əgər bu səbəbdən orucunu açarsa, iftar etdiyi günləri qəza etməsi vacibdir. Allah sizin üçün qoyduğu bu şəriətlə sizə çətinlik deyil, asanlıq istər ki, siz oruc ayının bütün günlərini tamamlayasınız və ramazan ayının sonunda və bayram günündə Allah sizi bu ayı kamil olaraq oruc tutmağa müvəffəq və yardım etdiyi üçün Onun şəninə təkbirlər deyəsiz. Bəlkə siz, Allahın sizi razı olduğu dinə yönəltdiyi üçün Ona şükür edəsiniz.