Ghafir surəsi, ayə 40

40:40

مَنۡ عَمِلَ سَيِّئَةٗ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَاۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ يُرۡزَقُونَ فِيهَا بِغَيۡرِ حِسَابٖ ٤٠

Man 'amila sayyi'atan falā yujzā illā mithlahā waman 'amila sāliham min dhakarin aw unthā wahuwa mu'minun fa ulā'ika yadkhulūnal-jannata yurzaqūna fīhā bighayri hisāb

Kim bir pis iş etsə, o, ancaq etdiyi pislik qədər cəza alar. Mömin olduğu halda yaxşı iş görən kişilər və qadınlar isə Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar.

Təfsir

Kim pis bir iş görsə, o, yalnız etdiyi pislik qədər cəzalandırılar və bu cəzaya heç nə artırılmaz. Allaha və Onun elçilərinə iman gətirdiyi halda, Allahın üzünü diləyərək saleh əməl edən kişilər və qadınlar - məhz bu tərifəlayiq xislətləri özündə əks etdirən kimsələr qiyamət günü Cənnətə daxil olar. Allah onlara, orada olan meyvələrdən və əbədi qalan, heç vaxt tükənməyən nemətlərdən hesabsız olaraq bəxş edər.