۞ وَيَٰقَوۡمِ مَا لِيٓ أَدۡعُوكُمۡ إِلَى ٱلنَّجَوٰةِ وَتَدۡعُونَنِيٓ إِلَى ٱلنَّارِ ٤١
Wayāqawmi mā lī ad'ūkum ilan-najawāti watad'ūnanī ilan-nār
Ey qövmüm! Sizə nə olub ki, mən sizi nicata çağırıram, siz isə məni oda çağırırsınız?!
Təfsir
Ey qövmüm! Bu nə işdir, mən sizi dünyada və axirətdə ziyana uğramaqdan xilas etmək üçün, Allaha iman gətirməyə və yaxşı işlər görməyə çağırdığım halda, siz məni Cəhənnəm oduna girmək üçün, Allaha küfr etməyə və Ona asi olmağa çağırırsınız?!