Ghafir surəsi, ayə 39

40:39

يَٰقَوۡمِ إِنَّمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا مَتَٰعٞ وَإِنَّ ٱلۡأٓخِرَةَ هِيَ دَارُ ٱلۡقَرَارِ ٣٩

Yāqawmi innamā hādhihil-hayawātud-dunyā matā'un wa innal-ākhirata hiya dārul-qarār

Ey qövmüm! Bu dünya həyatı fani bir zövqdür, axirət isə əbədi qərar tutulacaq yurddur.

Təfsir

Ey qövmüm! Bu dünya həyatı ancaq keçici ləzzətlərdən ibarətdir. Elə isə oradakı fani şeylər sizi aldatmasın. Əbədi və tükənməz nemətlərlə dolu axi­rət yurdu isə qərar tutulacaq əbədi yurd­dur. Allaha itaət etməklə o yurda yiyələnməyə çalışın və sizi axirət üçün yaxşı işlər görməkdən yayındıran dünya həyatınızla məşğul olmaqdan çəkinin.