ثُمَّ ٱسۡتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِيَ دُخَانٞ فَقَالَ لَهَا وَلِلۡأَرۡضِ ٱئۡتِيَا طَوۡعًا أَوۡ كَرۡهٗا قَالَتَآ أَتَيۡنَا طَآئِعِينَ ١١
Thummastawā ilas-samā'i wahiya dukhānun faqāla lahā walil-ardi'tiyā taw'an aw karhan qālatā ataynā tā'i'īn
Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə buyurdu: “Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin)!” Onlar: “Könüllü olaraq gəldik!”– dedilər.
Təfsir
Sonra pak və müqəddəs Allah, o zaman hələ tüstü halında olan göyü xəlq etmək üçün səmaya təfəf ucaldı. Onda O, göyə və yerə belə buyurdu: “Könüllü surətdə və ya məcburi olaraq əmrimə boyun əyin, sizin bundan başqa bir yolunuz yoxdur!”. Onlar da belə cavab verdilər: “Könüllü olaraq boyun əyirik. Sənin istəyindən başqa, bizim heç bir istəyimiz ola bilməz, ey Rəbbimiz!”