وَجَعَلَهَا كَلِمَةَۢ بَاقِيَةٗ فِي عَقِبِهِۦ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ٢٨
Waja'alahā kalimata bāqiyatan fī 'aqibihī la'allahum yarji'ūn
O, bu (lə iləhə illəllah kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar.
Təfsir
İbrahim tovhid kəlməsini ("lə ilahə illəllah”ı) özündən sonra öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə (aralarındakı günahkarlar) şirkdən və asilikdən tövbə edib Allahın dininə qayıtsınlar. Odur ki, onların arasında Tək Allaha ibadət edib Ona şərik qoşmayan kimsələr indiyə qədər mövcuddur.