إِنَّ عِدَّةَ ٱلشُّهُورِ عِندَ ٱللَّهِ ٱثۡنَا عَشَرَ شَهۡرٗا فِي كِتَٰبِ ٱللَّهِ يَوۡمَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ مِنۡهَآ أَرۡبَعَةٌ حُرُمٞۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُۚ فَلَا تَظۡلِمُواْ فِيهِنَّ أَنفُسَكُمۡۚ وَقَٰتِلُواْ ٱلۡمُشۡرِكِينَ كَآفَّةٗ كَمَا يُقَٰتِلُونَكُمۡ كَآفَّةٗۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ ٣٦
Inna 'iddatash-shuhūri 'indallāhithnā 'ashara shahran fī kitābillāhi yawma khalaqas-samāwāti wal-arda minhā arba'atun hurumun dhālikad-dīnul-qayyimu falā tazlimū fīhinna anfusakum waqātilul-mushrikīna kāffatan kamā yuqātilūnakum kāffatan wa'lamū annallāha ma'al-muttaqīn
Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Allah bunu, göyləri və yeri yaratdığı gündə Öz Kitabında yazmışdır. Bu aylardan dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Doğru din budur. Elə isə, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı sizinlə vuruşduqları kimi, siz də hamılıqla onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.
Təfsir
Həqiqətən, Allah dərgahında il ərzindəki ayların sayı on iki aydır. Allah bunu göyləri və yeri yaratdığı ən birinci gündə Lövhi-Məhfuzda yazmışdır. Allah bu on iki ayın dörd ayında döyüşməyi haram etmişdir. Bu ayların üçü: zülqədə, zülhiccə və məhərrəm ayları ardıcıl haram aylardır. O, bir ay isə, bu üç aydan ayrı olan rəcəb ayıdır. Sizə deyilən il ərzindəki ayların sayı və bu aylardan dördünün haram aylar olması doğru düzgün dindir. Odur ki, bu aylarda düşmənlə döyüşə başlamaqla və bu ayların haramlığına səhlənkar yanaşmaqla öz canınıza zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah, Onun əmrlərinə tabe olub Ondan qorxan və qadağalarından çəkinən müttəqilərlə Öz yardımı ilə birgədir. Allah kiminlə birgə olarsa onu heç kəs məğlub edə bilməz.