يَوۡمَ يُحۡمَىٰ عَلَيۡهَا فِي نَارِ جَهَنَّمَ فَتُكۡوَىٰ بِهَا جِبَاهُهُمۡ وَجُنُوبُهُمۡ وَظُهُورُهُمۡۖ هَٰذَا مَا كَنَزۡتُمۡ لِأَنفُسِكُمۡ فَذُوقُواْ مَا كُنتُمۡ تَكۡنِزُونَ ٣٥
Yawma yuhmā 'alayhā fī nāri jahannama fatukwā bihā jibāhuhum wajunūbuhum wazuhūruhum hādhā mā kanaztum li anfusikum fadhūqū mā kuntum taknizūn
O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara: “Bu, özünüz üçün yığıb saxladığınız sərvətinizdir. Elə isə dadın yığıb saxladığınız sərvətin əzabını!”– (deyiləcəkdir.)
Təfsir
Qiyamət gün yığdıqları və haqqını Allah yolunda xərcləmədikləri sərvətləri Cəhənnəm odunda qızdırılacaq və bu sərvətlər atəşdə şiddətli qızdırıldıqdan sonra bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara məzəmmət edilərək: "Bu sizin özünüz üçün yığıb, vacib haqqlarını vermədiyiniz var-dövlətinizdir. Elə isə dadın yığıb, haqqını vermədiyiniz var-dövlətinizin əzabını!" – deyiləcəkdir.