Ash-Shura surəsi, ayə 50

42:50

أَوۡ يُزَوِّجُهُمۡ ذُكۡرَانٗا وَإِنَٰثٗاۖ وَيَجۡعَلُ مَن يَشَآءُ عَقِيمًاۚ إِنَّهُۥ عَلِيمٞ قَدِيرٞ ٥٠

Aw yuzawwijuhum dhukrānan wa ināthan wayaj'alu man yashā'u 'aqīman innahū 'alīmun qadīr

Yaxud onları, oğlan və qız olmaqla cüt verər, istədiyini də sonsuz edər. Həqiqətən, O, (hər şeyi) biləndir, qadirdir.

Təfsir

Göylərin və yerin mülkü Alla­ha məxsusdur. O, kişi, qadın və s. istədiyini yara­dır; kimisinə qız uşaqları verib və onu oğlan uşağından məhrum edir. Kimisinə oğlan uşaqları verib və onu qız uşağından məhrum edir. Kimisinə həm oğlan, həm də qız uşaqları bəxş edir. Kimisinə də sonsuzluq nəsib edir və onun heç bir uşağı olmaz. Həqiqətən də, Allah keçmişdə baş vermiş və gələcəkdə baş verəcək hər şeyi bilir. Bu da, Allahın elminin əhatəli və hikmətinin kamil olduğundan irəli gəlir. Heç bir şey Ondan gizli qalmaz və heç bir şey Onun istədiyinin qarşısını ala bilməz.