Ash-Shura surəsi, ayə 49

42:49

لِّلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ يَخۡلُقُ مَا يَشَآءُۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَٰثٗا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ ٤٩

Lillāhi mulkus-samāwāti wal-ardi yakhluqu mā yashā'u yahabu liman yashā'u ināthan wayahabu liman yashā'udh-dhukūr

Göylərin və yerin mülkü Allaha məxsusdur. O, istədiyini yaradır. İstədiyinə qız, istədiyinə də oğlan verər.

Təfsir

Göylərin və yerin mülkü Alla­ha məxsusdur. O, kişi, qadın və s. istədiyini yara­dır; kimisinə qız uşaqları verib və onu oğlan uşağından məhrum edir. Kimisinə oğlan uşaqları verib və onu qız uşağından məhrum edir. Kimisinə həm oğlan, həm də qız uşaqları bəxş edir. Kimisinə də sonsuzluq nəsib edir və onun heç bir uşağı olmaz. Həqiqətən də, Allah keçmişdə baş vermiş və gələcəkdə baş verəcək hər şeyi bilir. Bu da, Allahın elminin əhatəli və hikmətinin kamil olduğundan irəli gəlir. Heç bir şey Ondan gizli qalmaz və heç bir şey Onun istədiyinin qarşısını ala bilməz.