Ash-Shura surəsi, ayə 48

42:48

فَإِنۡ أَعۡرَضُواْ فَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظًاۖ إِنۡ عَلَيۡكَ إِلَّا ٱلۡبَلَٰغُۗ وَإِنَّآ إِذَآ أَذَقۡنَا ٱلۡإِنسَٰنَ مِنَّا رَحۡمَةٗ فَرِحَ بِهَاۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ فَإِنَّ ٱلۡإِنسَٰنَ كَفُورٞ ٤٨

Fa in a'radū famā arsalnāka 'alayhim hafīzan in 'alayka illal-balāghu wa innā idhā adhaqnal-insāna minnā rahmatan fariha bihā wa in tusibhum sayyi'atu bimā qaddamat aydīhim fa innal-insāna kafūr

Əgər üz dördənsələr, bil ki, Biz səni onlara nəzarətçi göndərməmişik. Sənin üzərinə düşən yalnız (sənə əmr olunanı) təbliğ etməkdir. Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinər. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir müsibət üz verdikdə isə insan çox nankordur.

Təfsir

Ey Peyğəmbər, əgər onlar sənin onlara əmr etdiyindən üz döndərsələr, bil ki, Biz səni onların əməllərinə nə­zarətçi tə­yin etmə­mi­şik. Sənin vəzifən ancaq sənə əmr olunanı təbliğ et­məkdir. Onların haqq-hesabı isə Allaha aiddir. Biz insana Öz mərhəmətimiz­dən - var-dövlət, sağlamlıq və başqa bu kimi nemətlərdən daddırdıqda ona sevinər. İnsanlara öz günahları üzündən xoşlamadıqları bir müsibət üz verdikdə isə, insanın xislətcə Allaha qarşı nankor olduğunu, Ona şükr etmədiyini və Allahın Öz hikməti ilə yazdığı qədərə qəzəbləndiyi görərsən.