Ash-Shura surəsi, ayə 47

42:47

ٱسۡتَجِيبُواْ لِرَبِّكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِۚ مَا لَكُم مِّن مَّلۡجَإٖ يَوۡمَئِذٖ وَمَا لَكُم مِّن نَّكِيرٖ ٤٧

Istajībū lirabbikum min qabli an ya'tiya yawmul lā maradda lahū minallāhi mā lakum mim malja'in yawma'idhin wamā lakum min nakīr

(Ey insanlar!) Allah tərəfindən qarşısıalınmaz gün (qiyamət günü) gəlməzdən öncə Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı) inkar edə bilməyəcəksiniz.

Təfsir

Ey insanlar, qiyamət günü gəlməmişdən əvvəl Rəb­bini­zin əmrlərini yerinə yetirib qadağan etdiyi əmllərdən çəkinməklə, yaxşı işlər görməyi sonraya saxlamamaqla, Onun çağırışına ca­vab verin! O gün ki, heç kəs onun gəlməsinin qarşısını ala bilməz. O gün sizin üçün heç bir sı­ğı­na­caq yeri olmayacaq və siz dünyada ikən qazandığınız gü­nahlarınızı da inkar edə bilmə­yə­cəksiniz.