أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗاۖ فَإِن يَشَإِ ٱللَّهُ يَخۡتِمۡ عَلَىٰ قَلۡبِكَۗ وَيَمۡحُ ٱللَّهُ ٱلۡبَٰطِلَ وَيُحِقُّ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦٓۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٢٤
Am yaqūlūnaftarā 'alallāhi kadhiban fa in yasha'illāhu yakhtim 'alā qalbika wayamhullāhul-bātila wayuhiqqul-haqqa bikalimātihī innahū 'alīmu bidhātis-sudūr
Yoxsa onlar (sənin barəndə): “O, Allaha qarşı yalan uydurdu”– deyirlər?! Əgər Allah istəsə, sənin qəlbini möhürləyər. Allah batili silib yox edər və haqqı (Qurandan nazil etdiyi) sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, sinələrdə (qəlblərdə) olanları biləndir.
Təfsir
Müşriklərin batil iddialarından biri də budur ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) bu Quranı özündən uydurub Allah nisbət etmişdir. Allah onların bu iddiasını rədd edib buyurur: "Əgər sənin nəfsin yalan uydurmaq istəsəydi, Mən ona möhür vurardım. Beləliklə də, uydurma batili silib yox edər, haqqı saxlayardım. Bu işin onların iddia etdiyi kimi olmaması dəlildir ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) Quranın ona öz Rəbbi tərəfindən vəhy edildiyini doğru söyləyir. Şübhəsiz ki, Allah, Öz qullarının qəlblərində olanları bilir, bunlardan heç bir şey Ondan gizli qalmır.