Ash-Shura surəsi, ayə 23

42:23

ذَٰلِكَ ٱلَّذِي يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِۗ قُل لَّآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًا إِلَّا ٱلۡمَوَدَّةَ فِي ٱلۡقُرۡبَىٰۗ وَمَن يَقۡتَرِفۡ حَسَنَةٗ نَّزِدۡ لَهُۥ فِيهَا حُسۡنًاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ شَكُورٌ ٢٣

Dhālikal-ladhī yubasshirullāhu 'ibādahul-ladhīna āmanū wa'amilus-sālihāti qul lā as'alukum 'alayhi ajran illal-mawaddata fil-qurbā waman yaqtarif hasanatan nazid lahū fīhā husnan innallāha ghafūrun shakūr

Bu, Allahın iman gətirib saleh əməllər edən qullarına verdiyi müjdədir. (Ey Peyğəmbər!) De: “Mən sizdən bunun (dini təbliğ etməyimin) əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah bağışlayandır, şükrün əvəzini verəndir.

Təfsir

Allahın Öz rəsulu vasitəsilə, Allaha və Onun elçilərinə iman gətirib yaxşı işlər görən kimsələrə verdiyi böyük müjdə bu­dur. Ey Peyğəmbər, de: “Mən haqqı təbliğ etdiyimə görə sizdən mükafat istəmirəm. Yalnız sizin özünüzə fayda verəcək bir mükafatdan başqa. Bu da, mənim sizinlə olan qohumluğuma görə sevməyinizdir". Kim bir yaxşılıq edərsə, Biz onun sa­vabını on mislində artırarıq. Hə­qiqətən, Allah Öz qullarından Ona tövbə edən kimsənin günahlarını ba­ğışlayar, üstəlik, onların Onun üzü xatirinə etdikləri yaxşı əməllərin əvəzini ve­rər.