أَمۡ لَهُمۡ شُرَكَٰٓؤُاْ شَرَعُواْ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمۡ يَأۡذَنۢ بِهِ ٱللَّهُۚ وَلَوۡلَا كَلِمَةُ ٱلۡفَصۡلِ لَقُضِيَ بَيۡنَهُمۡۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ ٢١
Am lahum shurakā'u shara'ū lahum minad-dīni mā lam ya'dham bihillāhu walawlā kalimatul-fasli laqudiya baynahum wa innaz-zālimīna lahum 'adhābun alīm
Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanuni edən şəriklərimi vardır?! Əgər (cəzanın gecikdirilməsinə dair) qəti Söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab vardır.
Təfsir
Yoxsa o müşriklərin Allahın dində izin vermədiyi şeyləri - Allaha şərik qoşmağı, halalı haram etməyi və ya haramı halal etməyi, onlar üçün şəriət qanunu edən, Allahdan başqa tanrıları var?! Əgər Allahın ixtilafa düşənlər arasında hökm vermək üçün müəyyən etdiyi vaxt, barələrindəki hökmü o vaxta qədər təxirə salmış olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, Allaha şərik qoşma və asiliklərə yol verməklə özlərinə zülm edən kimsələri qiyamət günü ağrılı-acılı bir əzab gözləyir.