Ash-Shura surəsi, ayə 22

42:22

تَرَى ٱلظَّٰلِمِينَ مُشۡفِقِينَ مِمَّا كَسَبُواْ وَهُوَ وَاقِعُۢ بِهِمۡۗ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فِي رَوۡضَاتِ ٱلۡجَنَّاتِۖ لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمۡۚ ذَٰلِكَ هُوَ ٱلۡفَضۡلُ ٱلۡكَبِيرُ ٢٢

Taraz-zālimīna mushfiqīna mimmā kasabū wahuwa wāqi'u bihim walladhīna āmanū wa'amilus-sālihāti fī rawdātil-jannāti lahum mā yashā'ūna 'inda rabbihim dhālika huwal-fadlul-kabīr

(Ey Peyğəmbər! Qiyamət günü) zalımların qazandıqları (günahlar) özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib saleh əməllər edənlər isə Cənnət bağlarında olacaqlar. Onlar üçün Rəbbinin yanında istədikləri hər şey vardır. Bu, böyük lütfdür.

Təfsir

Ey Peyğəmbər! Alaha şərik qoşmaqla və asiliklər etməklə özlərinə zülm edən kimsələrin qazandıqları günahlara görə cəzalandırılacaqlarından qorxub titrədiyini görəcəksən. Onlar, şübhəsiz ki, cəzalandırılacaqlar. Tövbə etmədən, bu cür qorxmağın heç bir faydası yoxdur. Bunlardan fərqli olaraq, Allaha və Onun elçilərinə iman gətirib yaxşı iş­lər görənlər isə Cənnət bağlarında naz-nemətlər içində olacaqlar. Rəbbinin yanında on­lar üçün istədikləri hər növ tükənməz nemətlər ha­zırlanmışdır. Bənzəri olmayan böyük lütf də, elə budur.