Ash-Shura surəsi, ayə 20

42:20

مَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلۡأٓخِرَةِ نَزِدۡ لَهُۥ فِي حَرۡثِهِۦۖ وَمَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلدُّنۡيَا نُؤۡتِهِۦ مِنۡهَا وَمَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِن نَّصِيبٍ ٢٠

Man kāna yurīdu harthal-ākhirati nazid lahū fī harthihī waman kāna yurīdu harthad-dunyā nu'tihī minhā wamā lahū fil-ākhirati min nasīb

Kim axirət savabını istərsə, Biz onun savabını artırarıq. Kim də dünya qazancını istərsə, Biz ona də ondan (dünya qazancından) verərik. Axirətdə onun heç bir payı olmaz.

Təfsir

Hər kim axirətə hazırlıq olaraq əməl edib savabını istə­yərsə, Biz onun savabını qat-qat artırar - bir yaxşılığın əvəzinə on savabdan yeddi yüz savaba qədər, hətta bundan da çox artırarırq. Kim də təkcə dünyanı istəyərsə, ona əzəldən onun üçün müəyyən edilmiş nəsibini verərik. Beləcə, o, dünyanı axirətdən üstün tutduğuna görə, axirətdə onun heç bir payı ol­maz.