Ash-Shura surəsi, ayə 17

42:17

ٱللَّهُ ٱلَّذِيٓ أَنزَلَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ وَٱلۡمِيزَانَۗ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٞ ١٧

Allāhul-ladhī anzalal-kitāba bil-haqqi wal-mīzāna wamā yudrīka la'allas-sā'ata qarīb

Kitabı və tərəzini haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə də Qiyamət saatı yaxındır.

Təfsir

Quranı haqq olaraq, içində heç bir şübhə olmadığı halda nazil edən, habelə, insanlar arasında insafla hökm vermək üçün ədalət (tərəzisini) nazil edən Allah­dır. Ola bilsin ki, onların yalan saydığı qiyamət saatı yaxındır. Məlumdur ki, gələn hər bir şey yaxın olur.