يَسۡتَعۡجِلُ بِهَا ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِهَاۖ وَٱلَّذِينَ ءَامَنُواْ مُشۡفِقُونَ مِنۡهَا وَيَعۡلَمُونَ أَنَّهَا ٱلۡحَقُّۗ أَلَآ إِنَّ ٱلَّذِينَ يُمَارُونَ فِي ٱلسَّاعَةِ لَفِي ضَلَٰلِۭ بَعِيدٍ ١٨
Yasta'jilu bihal-ladhīna lā yu'minūna bihā walladhīna āmanū mushfiqūna minhā waya'lamūna annahal-haqqu alā innal-ladhīna yumārūna fis-sā'ati lafī dalāli ba'īd
Ona (Qiyamətə) inanmayanlar onun tez gəlib çatmasını istəyirlər. Ona inanlar (möminlər) isə ondan qorxar və onun haqq olduğunu bilirlər. Bilin ki, Qiyamət saatı barəsində mübahisə edənlər dərin bir azğınlıq içindədirlər.
Təfsir
Qiyamətə inanmayanlar onun tez gəlməsini itələb edirlər. Çünki onlar nə haqq-hesaba çəkilməyə, nə mükafat, nə də cəza veriləcəyinə inanırlar. Möminlər isə qiyamət günü insanları nələr gözlədiyini bildiklərinə görə Allahdan qorxur və o günün gələcəyinə heç bir şübhə olmayan bir həqiqət olduğunu yəqin bilirlər. Şübhəsiz ki, qiyamət saatı barəsində mübahisə edib höcətləşənlər və onun gələcəyinə şübhə ilə yanaşanlar haqdan uzaq bir azğınlıq içindədirlər.