Ash-Shura surəsi, ayə 16

42:16

وَٱلَّذِينَ يُحَآجُّونَ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ٱسۡتُجِيبَ لَهُۥ حُجَّتُهُمۡ دَاحِضَةٌ عِندَ رَبِّهِمۡ وَعَلَيۡهِمۡ غَضَبٞ وَلَهُمۡ عَذَابٞ شَدِيدٌ ١٦

Walladhīna yuhājjūna fillāhi mim ba'di mastujība lahū hujjatuhum dāhidatun 'inda rabbihim wa'alayhim ghadabun walahum 'adhābun shadīd

Allahın dəvəti qəbul olunduqdan (insanlar iman gətirdikdən) sonra Onun barəsində mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir. Onlar qəzəbə düçar olacaqlar. Axirətdə isə onlar üçün şiddətli əzab vardır.

Təfsir

İnsanlar Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil olmuş İslam dinini qəbul etdikdən sonra, bu din barəsində batil dəlillərlə mübahisəyə gi­rişənlərin gətirdiyi dəlillər Rəbbinin və möminlərin yanında, heç bir istinadı olmayan boş və dəyərsiz bir şeydir. Onlar küfr etdiklərinə və haqqı inkar etdiklərinə görə Allahın qəzəbinə gəlmişlər. Qiyamət günü isə onları şiddətli bir əzab göz­ləyir.