فَلِذَٰلِكَ فَٱدۡعُۖ وَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡۖ وَقُلۡ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَٰبٖۖ وَأُمِرۡتُ لِأَعۡدِلَ بَيۡنَكُمُۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمۡۖ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡۖ لَا حُجَّةَ بَيۡنَنَا وَبَيۡنَكُمُۖ ٱللَّهُ يَجۡمَعُ بَيۡنَنَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ ١٥
Falidhālika fad'u wastaqim kamā umirta walā tattabi' ahwā'ahum waqul āmantu bimā anzalallāhu min kitābin wa umirtu li a'dila baynakumullāhu rabbunā warabbukum lanā a'mālunā walakum a'mālukum lā hujjata baynanā wabaynakumullāhu yajma'u baynanā wa ilayhil-masīr
Buna görə də sən (tövhidə) dəvət et və sənə əmr olunduğu kimi düz yolda ol. Onların nəfslərinin istəyinə tabe olma və de: “Mən Allahın nazil etdiyi Kitaba (bütün kitablara) iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur (çünki artıq haqq bəlidir). Allah hamımızı bir yerə toplayacaq. Dönüş də yalnız Onadır”.
Təfsir
Buna görə də sən bu doöru-düzgün dinə dəvət et və Allahın sənə əmr etdiyi kimi bu yolda sabitqədəm ol. Onların nəfslərinin batil istəyinə uyma və onlarla mübahisə etdikdə, belə de: “Mən Allaha və Allahın öz elçilərinə nazil etdiyi kitablara iman gətirdim. Allah mənə sizin aranızda ədalətlə hökm verməyi əmr etmişdir. Mənim ibadət etdiyim Allah hamımızın - həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz - istər xeyir, istərsə şər olsun -bizə, sizin əməlləriniz də - istər xeyir, istərsə şər olsun - sizə aiddir. Dəlil-sübut bəlli olduqdan və doğru yol aydın seçildikdən sonra, bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaq. Qiyamət günü dönüş də yalnız Onadır. O, bizlərdən hər kəsə əməllərinin əvəzini layiq olduğu şəkildə verəcəyi zaman, kimin doğruçu, kimin də yalançı olduğu, habelə, kimin haqq, kimin də batil olduğu bəlli olacaqdır”.