An-Nur surəsi, ayə 59

24:59

وَإِذَا بَلَغَ ٱلۡأَطۡفَٰلُ مِنكُمُ ٱلۡحُلُمَ فَلۡيَسۡتَـٔۡذِنُواْ كَمَا ٱسۡتَـٔۡذَنَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ٥٩

Wa idhā balaghal-atfālu minkumul-huluma falyasta'dhinū kamasta'dhanal-ladhīna min qablihim kadhālika yubayyinullāhu lakum āyātihī wallāhu 'alīmun hakīm

Uşaqlarınız da həddi-buluğa çatanda qoy özlərindən əvvəlkilər (yanınıza daxil olmaq üçün) izin istədikləri kimi izin istəsinlər. Allah ayələrini sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

Təfsir

Uşaqlarınız da həddi-büluğ yaşına ça­tanda qoy özlə­rin­dən öncəki böyüklərin hər vaxt evlərə daxil olmaq üçün izin istədikləri kimi onlar da izin istə­sinlər. Allah, izinlə əlaqəli hökmləri sizə izah etdiyi kimi, Öz ayələrini sizə belə izah edir. Uca Allah qulları üçün nəyin daha faydalı olanı biləndir və onlar üçün qanun etdiyi hökmlərdə hikmət sahibidir.