An-Nur surəsi, ayə 60

24:60

وَٱلۡقَوَٰعِدُ مِنَ ٱلنِّسَآءِ ٱلَّٰتِي لَا يَرۡجُونَ نِكَاحٗا فَلَيۡسَ عَلَيۡهِنَّ جُنَاحٌ أَن يَضَعۡنَ ثِيَابَهُنَّ غَيۡرَ مُتَبَرِّجَٰتِۭ بِزِينَةٖۖ وَأَن يَسۡتَعۡفِفۡنَ خَيۡرٞ لَّهُنَّۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ ٦٠

Wal-qawā'idu minan-nisā'il-lātī lā yarjūna nikāhan falaysa 'alayhinna junāhun an yada'na thiyābahunna ghayra mutabarrijāti bizīnatin wa an yasta'fifna khayrul lahunna wallāhu samī'un 'alīm

Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara zinətlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah eşidəndir, biləndir.

Təfsir

Evlənmək istəyi qalmayıb, yaşlılıq səbəbindən heyzdən kəsilən və hamilə qalmaları da mümkün olmayan yaşlı qadınların, örtülməsi əmr olunduğu gizlində olan zinət yerlərini açmamaq şərti ilə, ayıb yer­lə­ri­ni gös­tər­mə­dən baş örtüklərini və üst geyimlərini soyunma­sında onlara günah yox­dur. Lakin daha iffətli və örtülü olmaları üçün baş örtüklərini və üst geyimlərini soyunmamaları on­lar üçün daha xeyir­lidir. Allah söylədiklərinizi eşidən­dir, əməllərinizi bilən­dir. Ona heç bir şey əsla gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir.