يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لِيَسۡتَـٔۡذِنكُمُ ٱلَّذِينَ مَلَكَتۡ أَيۡمَٰنُكُمۡ وَٱلَّذِينَ لَمۡ يَبۡلُغُواْ ٱلۡحُلُمَ مِنكُمۡ ثَلَٰثَ مَرَّٰتٖۚ مِّن قَبۡلِ صَلَوٰةِ ٱلۡفَجۡرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُم مِّنَ ٱلظَّهِيرَةِ وَمِنۢ بَعۡدِ صَلَوٰةِ ٱلۡعِشَآءِۚ ثَلَٰثُ عَوۡرَٰتٖ لَّكُمۡۚ لَيۡسَ عَلَيۡكُمۡ وَلَا عَلَيۡهِمۡ جُنَاحُۢ بَعۡدَهُنَّۚ طَوَّٰفُونَ عَلَيۡكُم بَعۡضُكُمۡ عَلَىٰ بَعۡضٖۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ٥٨
Yā'ayyuhal-ladhīna āmanū liyasta'dhinkumul-ladhīna malakat aymānukum walladhīna lam yablughul-huluma minkum thalātha marrātim min qabli salawātil-fajri wahīna tada'ūna thiyābakum minaz-zahīrati wamim ba'di salawātil-'ishā'i thalāthu 'awrātil lakum laysa 'alaykum walā 'alayhim junāhu ba'dahunna tawwāfūna 'alaykum ba'dukum 'alā ba'din kadhālika yubayyinullāhu lakumul-āyāti wallāhu 'alīmun hakīm
Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-buluğa çatmayanlar (yanınıza daxil olmaq istədikdə) qoy üç vaxtda sizdən izin istəsinlər: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. (Bu) sizin çılpaq ola biləcəyiniz üç vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) daxil olmaqda nə sizə, nə də onlara heç bir günah gəlməz. Allah ayələri sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
Təfsir
Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edən kimsələr! Kişi və qadın kölələriniz və həddi-büluğ yaşına çatmayan uşaqlarınız yanınıza girmək istədikdə qoy bu üç vaxtda sizdən izin istəsinlər. Bu vaxtlar: sübh namazından əvvəl, yataq paltarlarınızı dəyişib gündüz paltarlarınızı geyindiyiniz vaxt, günorta vaxtı paltarınızı yatmaq üçün çıxartdığınız zaman və işa namazından sonrakı vaxtdır. Çünki bu vaxt, gündüz paltarınızı çıxarıb yataq paltarınızı geyindiyiniz vaxtdır. Bu üç vaxt, sizin çılpaq ola biləcəyiniz vaxtlardır. Bu kimsələr, bu vaxtlarda sizin yanınıza ancaq sizdən izin aldıqdan sonra girə bilərlər. Bu üç vaxtdan başqa qalan vaxtlarda onların sizin yanınıza sizdən izin almadan daxil olmalarında və həmçinin sizin də onların yanına onlardan izin olamdan daxil olmanızda nə sizə, nə də onlara bir günah vardır. Çünki onlar gecə-gündüz daima sizin aranızda olan kimsələrdir və hər dəfə sizin yanınıza daxil olmaq üçün sizdən izin istəmələri onlara çətindir. Uca Allah, evlərə daxil olmazdan əvvəl izin alma hökmlərini sizə açıq-aydın izah etdiyi kimi, şəriətin başqa hökmlərinə dəlalət edən ayələri də sizə belə aşıq-aydın bir şəkildə izah edir. Uca Allah nəyin qulları üçün daha xeyirli olduğunu biləndir və onlar üçün qanun etdiyi hökmlərində də hikmət sahibidir.