إِنَّمَا كَانَ قَوۡلَ ٱلۡمُؤۡمِنِينَ إِذَا دُعُوٓاْ إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ لِيَحۡكُمَ بَيۡنَهُمۡ أَن يَقُولُواْ سَمِعۡنَا وَأَطَعۡنَاۚ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ٥١
Innamā kāna qawlal-mu'minīna idhā du'ū ilallāhi warasūlihī liyahkuma baynahum an yaqūlū sami'nā wa ata'nā wa ulā'ika humul-muflihūn
Aralarında hökm vermək üçün Allaha və Onun Elçisinə çağırıldıqda möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!”– demələri oldu. Nicat tapanlar da məhz onlardır.
Təfsir
Aralarında hökm vermək üçün Allaha və Onun Rəsuluna çağırıldıqda möminlər ancaq: "Biz Allah Rəsulunun sözünü eşidirik və onun əmrinə itaət edirik!" – deyərlər. Dünyada və axirətdə nicat tapanlar da məhz bu sifətlərə sahib olan kimsələrdir.