أَفِي قُلُوبِهِم مَّرَضٌ أَمِ ٱرۡتَابُوٓاْ أَمۡ يَخَافُونَ أَن يَحِيفَ ٱللَّهُ عَلَيۡهِمۡ وَرَسُولُهُۥۚ بَلۡ أُوْلَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ ٥٠
Afī qulūbihim maradun amirtābū am yakhāfūna an yahīfallāhu 'alayhim warasūluhū bal ulā'ika humuz-zālimūn
Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalımdırlar.
Təfsir
Onların qəlbində daimi olan bir xəstəlikmi var?! Yoxsa onlar Muhəmmədin Allahın Rəsulu olduğuna şübhə edirlər?! Ya da Allahın və Onun Rəsulunun hökmündə onlara qarşı haqsızlıq edəcəklərindənmi qorxurlar? Xeyr, bunun səbəbi, heç də zikir edilən şeylər deyildir. Bunun həqiqi səbəbi, Peyğəmbərin hökmündən üz çevirmələri və onun hökümlərinə qarşı inadkarlıq etmələri üzündən qəlblərindəki xəstəlikdir.