An-Nur surəsi, ayə 52

24:52

وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَخۡشَ ٱللَّهَ وَيَتَّقۡهِ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡفَآئِزُونَ ٥٢

Waman yuti'illāha warasūlahū wayakhshallāha wayattaqhi fa ulā'ika humul-fā'izūn

Allaha və Onun Elçisinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz onlar uğur qazananlardır.

Təfsir

Kim Allaha və Onun Rəsuluna itaət edər, Allah və Rəsulunun hökmülərinə tabe olar, günahlardan çəkinər və uca Allahın əmrlərini yerinə yetirib, qadağalarından özünü qoruyaraq Allahdan qorxarsa, sonda dünya və axirət xeyirləri ilə uğura məhz onlar nail olarlar.