أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يَزۡعُمُونَ أَنَّهُمۡ ءَامَنُواْ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُوٓاْ إِلَى ٱلطَّٰغُوتِ وَقَدۡ أُمِرُوٓاْ أَن يَكۡفُرُواْ بِهِۦۖ وَيُرِيدُ ٱلشَّيۡطَٰنُ أَن يُضِلَّهُمۡ ضَلَٰلَۢا بَعِيدٗا ٦٠
Alam tara ilal-ladhīna yaz'umūna annahum āmanū bimā unzila ilayka wamā unzila min qablika yurīdūna an yatahākamū ilat-tāghūti waqad umirū an yakfurū bihī wayurīdush-shaytānu an yudillahum dalālā ba'īdā
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta (kahinlərə və ya Allahın hökmündən başqa hökm verənlərə) müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaları əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.
Təfsir
Ey Peyğəmbər! Sənə nazil edilənə və səndən əvvəl göndərilən rəsullara nazil edilənlərə iman gətirdiklərini yalandan iddia edən yəhudilərdən olan münafiqlərin bir-birinə zidd əməllərini görmürsənmi?! Onlar mübahisə etdikdə mühakimə olunmaları üçün Allahın şəriətinə deyil, insanların qoyduğu qanunlarla müraciət etmək istəyirlər. Halbuki onlara buna inanmamaları əmr olunmuşdur. Şeytan isə onların güzgün yolu tutmamaları üçün onları haqqdan çox uzaqlaşdırmaq istəyir.