يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَأُوْلِي ٱلۡأَمۡرِ مِنكُمۡۖ فَإِن تَنَٰزَعۡتُمۡ فِي شَيۡءٖ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ ذَٰلِكَ خَيۡرٞ وَأَحۡسَنُ تَأۡوِيلًا ٥٩
Yā'ayyuhal-ladhīna āmanū atī'ullāha wa atī'ur-rasūla wa ulil-amri minkum fa in tanāza'tum fī shay'in faruddūhu ilallāhi war-rasūli in kuntum tu'minūna billāhi wal-yawmil-ākhiri dhālika khayrun wa ahsanu ta'wīlā
Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə iman gətirmisinizsə, onu Allaha və Peyğəmbərə qaytarın. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olan kimsələr! Allaha itaət edin, Peyğəmbərə - səllallahu aleyhi və səlləm -, əmr etdiklərini yerinə yetirərək və qadağalardan çəkinərək itaət edin və özünüzdən olan rəhbərlərə də Allaha asi olan işləri sizə əmr etmədikcə itaət edin. Əgər bir şey haqqında ixtilaf etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allahın kitabına və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsinə qaytarın. Çünki, Kitab və sünnəyə qayıtmaq, ixtilaf etməkdən və ağıla əsaslanaraq danışmaqdansa daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.