وَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ رَأَيۡتَ ٱلۡمُنَٰفِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودٗا ٦١
Wa idhā qīla lahum ta'ālaw ilā mā anzalallāhu wa ilar-rasūli ra'aytal-munāfiqīna yasuddūna 'anka sudūdā
Onlara: “Allahın nazil etdiyinə və Rəsuluna tərəf gəlin!”– deyildikdə, münafiqlərin səndən tamamilə üz çevirdiklərini görərsən.
Təfsir
Ey Peyğəmbər! Bu münafiqlərə: "Mübahisə etdiyiniz işlərdə aranızda hökm vermək üçün, Allah Öz kitabında nazil etdiyi hökmə və Rəsuluna tərəf gəlin!"– deyildikdə, onların səndən tamamilə üz çevirib, öz aralarında səndən başqasını hakim təyin etdiklərini görərsən.