وَلِكُلّٖ جَعَلۡنَا مَوَٰلِيَ مِمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَۚ وَٱلَّذِينَ عَقَدَتۡ أَيۡمَٰنُكُمۡ فَـَٔاتُوهُمۡ نَصِيبَهُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدًا ٣٣
Walikullin ja'alnā mawāliya mimmā tarakal-wālidāni wal-aqrabūna walladhīna 'aqadat aymānukum fa'ātūhum nasībahum innallāha kāna 'alā kulli shay'in shahīdā
Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan (öz paylarını alacaq) varislər təyin etdik. And içib əhd bağladığınız kəslərə də öz paylarını verin. Həqiqətən, Allah hər şeyə şahiddir.
Təfsir
Biz sizdən hər biriniz üçün valideynlərin və yaxın qohumların tərk etdikləri maldan öz paylarını alacaq əsabə - mirasdan heç bir müəyyən payları olmadan, təqdirsiz miras payı alan qohumlar- varislər təyin etdik. Bir-birinizə yardım etməniz üçün ağır andlar içib, əhd bağladığınız kəslərə də mirasdan onların öz paylarını verin. Həqiqətən, Allah hər şeyə şahiddir. Bu şahidlikdən biridə, Allahın sizin andlarınıza və əhdlərinizə şahid olmasıdır. Qəbilələr arasında bağlanan ittifaq səbəbi ilə bir-birinə varis olaq İslamın ilkin çağında mövcud idi, miras ayələri nazil edildikdən sonra isə bu hökm ləğv edildi.