An-Nisa surəsi, ayə 32

4:32

وَلَا تَتَمَنَّوۡاْ مَا فَضَّلَ ٱللَّهُ بِهِۦ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٖۚ لِّلرِّجَالِ نَصِيبٞ مِّمَّا ٱكۡتَسَبُواْۖ وَلِلنِّسَآءِ نَصِيبٞ مِّمَّا ٱكۡتَسَبۡنَۚ وَسۡـَٔلُواْ ٱللَّهَ مِن فَضۡلِهِۦٓۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ٣٢

Walā tatamannaw mā faddalallāhu bihī ba'dakum 'alā ba'dil lir-rijāli nasībum mimmaktasabū walin-nisā'i nasībum mimmaktasabna was'alullāha min fadlihī innallāha kāna bikulli shay'in 'alīmā

Allahın birinizi digərinizdən üstün etdiyi şeylərə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahın lütfündən diləyin. Həqiqətən, Allah hər şeyi biləndir.

Təfsir

Ey Möminlər! Qəzəb və həsəd etməməniz üçün Allahın sizi, bir-birinizdən üs­tün etdiyi şeylərə ta­mah sal­ma­yın. Allahın kişilərə xas etdiyi şeylərə qadınların tamah salması yalnışdır, çünki hər bir kişi və qadının özünə görə öz nə­sibi var­dır. Allah­dan, Onun sizə olan lüt­fünü artırmasını diləyin. Hə­qi­­qətən, Allah hər şeyi bilir və elə bu baxımdan hər bir kəsə ona münasib olanı bəxş etmişdir.