وَمَن لَّمۡ يَسۡتَطِعۡ مِنكُمۡ طَوۡلًا أَن يَنكِحَ ٱلۡمُحۡصَنَٰتِ ٱلۡمُؤۡمِنَٰتِ فَمِن مَّا مَلَكَتۡ أَيۡمَٰنُكُم مِّن فَتَيَٰتِكُمُ ٱلۡمُؤۡمِنَٰتِۚ وَٱللَّهُ أَعۡلَمُ بِإِيمَٰنِكُمۚ بَعۡضُكُم مِّنۢ بَعۡضٖۚ فَٱنكِحُوهُنَّ بِإِذۡنِ أَهۡلِهِنَّ وَءَاتُوهُنَّ أُجُورَهُنَّ بِٱلۡمَعۡرُوفِ مُحۡصَنَٰتٍ غَيۡرَ مُسَٰفِحَٰتٖ وَلَا مُتَّخِذَٰتِ أَخۡدَانٖۚ فَإِذَآ أُحۡصِنَّ فَإِنۡ أَتَيۡنَ بِفَٰحِشَةٖ فَعَلَيۡهِنَّ نِصۡفُ مَا عَلَى ٱلۡمُحۡصَنَٰتِ مِنَ ٱلۡعَذَابِۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ ٱلۡعَنَتَ مِنكُمۡۚ وَأَن تَصۡبِرُواْ خَيۡرٞ لَّكُمۡۗ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ٢٥
Wamal lam yastati' minkum tawlan an yankihal-muhsanātil-mu'mināti famim mā malakat aymānukum min fatayātikumul-mu'mināti wallāhu a'lamu bi īmānikum ba'dukum mim ba'din fankihūhunna bi idhni ahlihinna wa ātūhunna ujūrahunna bil-ma'rūfi muhsanātin ghayra musāfihātin walā muttakhidhāti akhdānin fa idhā uhsinna fa in atayna bifāhishatin fa'alayhinna nisfu mā 'alal-muhsanāti minal-'adhābi dhālika liman khashiyal-'anata minkum wa an tasbirū khayrul lakum wallāhu ghafūrur rahīm
Sizlərdən azad mömin qadınlarla evlənməyə imkanı olmayan kimsə əllərinizin altında olan mömin cariyələrlə evlənsin. Allah sizin imanınıza daha yaxşı bələddir. Siz bir-birinizdənsiz (eyni kökdənsiniz). Elə isə namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan cariyələrlə sahiblərinin icazəsi ilə evlənin və mehrlərini şəriətə müvafiq qaydada verin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər. Bu (cariyələrlə evlənmək izni), günaha batmaqdan qorxanlarınız üçündür. Əgər səbir etsəniz, bu sizin üçün daha xeyirli olar. Allah bağışlayandır, rəhmlidir.
Təfsir
Ey kişilər! Sizlərdən kim maddi imkanı olmadığına görə azad qadınlarla evlənə bilmirsə, o zaman, ona başqasının sahib olduğu cariyələr ilə evlənməsi caizdir. Əgər onlar mömindirlərsə, onlar ilə imanlarına görə evlənin. Allah imanınızın həqiqətini və qəlblərinizdə qizli qalanı daha yaxşı bilir. Siz və onlar dində və insanpərvərlikdə eyni dərəcədəsiniz. Bu cariyələrlə evlənməyi özünüzə ar bilməyin. Əgər onlar namusunu qoruyan, aşkarda zinakarlıq etməyən və gizlində onlarla zina etmək üçün aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə və mehrlərini naqis etmədən yaxud gecikdirmədən verərək evlənin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilib, əlli qamçı vurulmalıdır. Cariyə zina etdikdə isə daşqalaq edilmir. Azad qadınlarla evlənməyə maddi imkanları olmayan kimsələrə iffətli, mömin cariyələrlə evlənmək icazəsi zinaya düşməkdən qorxanlar üçün bir rüxsətdir. Amma cəmiyyətdə kölə uşqaların artmaması üçün, cariyələrlə evlənməyib, səbirli olmaq daha əfzəldir. Allah, Ona tövbvə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir. Azad qadınlarla evlənməyə aciz olduqda, zinaya düşmək təhlükəsi olarsa, cariyələrlə evlənməyə icazə verilməsi Allahın qullarına olan rəhmətindəndir.