۞ وَٱلۡمُحۡصَنَٰتُ مِنَ ٱلنِّسَآءِ إِلَّا مَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۖ كِتَٰبَ ٱللَّهِ عَلَيۡكُمۡۚ وَأُحِلَّ لَكُم مَّا وَرَآءَ ذَٰلِكُمۡ أَن تَبۡتَغُواْ بِأَمۡوَٰلِكُم مُّحۡصِنِينَ غَيۡرَ مُسَٰفِحِينَۚ فَمَا ٱسۡتَمۡتَعۡتُم بِهِۦ مِنۡهُنَّ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا تَرَٰضَيۡتُم بِهِۦ مِنۢ بَعۡدِ ٱلۡفَرِيضَةِۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا ٢٤
Wal-muhsanātu minan-nisā'i illā mā malakat aymānukum kitāballāhi 'alaykum wa uhilla lakum mā warā'a dhālikum an tabtaghū bi amwālikum muhsinīna ghayra musāfihīna famastamta'tum bihī minhunna fa'ātūhunna ujūrahunna farīdatan walā junāha 'alaykum fīmā tarādaytum bihī mim ba'dil-farīdati innallāha kāna 'alīman hakīmā
Sahib olduğunuz cariyələr müstəsna olmaqla, evli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqası ilə, nikah bağlamaqla, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək (mehrlərini verərək) evlənməyiniz (qadınlar) sizə halal edildi. (Evləndiyiniz) qadınlardan zövq aldığınıza görə, onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
Təfsir
Allah yolunda cihad edərkən əsir götürüb sahib olduğunuz cariyələr istisna olmaqla, evli qadınlarla nikah bağlamaq sizə haram edildi. Sizə, bu cariyələrə, bətlərinin hamiləlikdən təmiz olduğunu bilmək üçün bir heyz müddəti gözlədikdən sonra yaxınlıq etmək halaldır. Allah bu gözləmə müddətini sizə fərz olaraq buyurmuşdur. Allah, bu qadınlardan başqası ilə, zinakarlıq etmədən, mallarınızı sərf edərək nəfsinizi haramdan qoruyub halal ilə kifayətlənib evlənməyiniz qadınlar sizə halal etdi. Nikah bağlayaraq evləndiyiniz qadınlardan zövq aldığınıza görə, onlara, Allahın sizə vacib fərz buyurmuş mehrlərini verin. Bu vacib mehri müəyyən edildikdən sonra öz aranızda mehrin bir az çox və ya bir az az olması barədə razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah məxluqtından hər şeyi biləndir, Ona heç bir şey qizli qalmaz, işlərində və şəri hökmlərində hikmət sahibidir!