يُرِيدُ ٱللَّهُ لِيُبَيِّنَ لَكُمۡ وَيَهۡدِيَكُمۡ سُنَنَ ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ وَيَتُوبَ عَلَيۡكُمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ٢٦
Yurīdullāhu liyubayyina lakum wayahdiyakum sunanal-ladhīna min qablikum wayatūba 'alaykum wallāhu 'alīmun hakīm
Allah sizə (şəriət hökmlərini) bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
Təfsir
Pak olan Allah bu hökmləri sizin üçün qanuniləşdirməklə sizə dünya və axirət mənfəətlərini, üstəlik, Öz şəriətinin və dininin nişanələrini bəyan etmək, halallıq və haramlıq baxımından sizi əvvəlki peyğəmbərlərin yollarına tabe olub, onların sahib olduqları gözəl əxlaqa və tutduqları nümunəvi həyat tərziə yönəltmək və sizi Allaha asiliyi tərk edib Ona itaət etməyə qaydmağınızı istəyir. Allah nəyin qulları üçün daha mənfəətli olduğunu bilib, onu qulları üçün qanun edər. Allah qulları üçün qoyduğu qanunlarda və işlərdə hikmət sahibidir.