An-Nisa surəsi, ayə 21

4:21

وَكَيۡفَ تَأۡخُذُونَهُۥ وَقَدۡ أَفۡضَىٰ بَعۡضُكُمۡ إِلَىٰ بَعۡضٖ وَأَخَذۡنَ مِنكُم مِّيثَٰقًا غَلِيظٗا ٢١

Wakayfa ta'khudhūnahū waqad afdā ba'dukum ilā ba'din wa akhadhna minkum mīthāqan ghalīzā

Bir-birinizlə yaxınlıq etdiyiniz və (həm də) onlar sizdən möhkəm əhd-peyman aldıqları bir halda onu necə geri ala bilərsiniz?

Təfsir

Siz bir-birinizlə mehriban ünsiyyət qurub, bir-birinizlə yaxın­lıq edib və bir-birinizin sirlərini bildikdən sonra qadınlarınıza verdiyiniz mehri onlardan necə geri ala bilərsiniz?! Çünki bu işdən sonra onların əlində olan mala tamah salmaq çirkin və pis əməldir. Halbuki qadınlarınız, Uca Allah kəlməsi və şəriəti ilə onları özünüzə halal edərək siz­dən şiddətli əhd-peyman al­­mışdılar.