وَإِنۡ أَرَدتُّمُ ٱسۡتِبۡدَالَ زَوۡجٖ مَّكَانَ زَوۡجٖ وَءَاتَيۡتُمۡ إِحۡدَىٰهُنَّ قِنطَارٗا فَلَا تَأۡخُذُواْ مِنۡهُ شَيۡـًٔاۚ أَتَأۡخُذُونَهُۥ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا ٢٠
Wa in arattumustibdāla zawjim makāna zawjin wa ātaytum ihdāhunna qintāran falā ta'khudhū minhu shay'an ata'khudhūnahū buhtānan wa ithmam mubīnā
Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, bundan heç bir şey geri almayın! Məgər verdiyinizi böhtan atmaq və açıq-aşkar günah işlətməklə geri alacaqsınız?
Təfsir
Ey kişilər! Əgər öz arvadınızı boşayıb yerinə başqa bir arvad almaq istəsəniz, bu işdə sizə günah yoxdur, əgər boşamaq istədiyinizə yığın-yığın mal mehr vermiş olsanız belə, o maldan bir şey geri almaq sizə caiz deyil. Çünki verdiyinizi onlardan geri almaq, Allah qatında açıq-aşkar böhtan atmaq və günah işlətməklə hesab olunur.