وَلَا تَنكِحُواْ مَا نَكَحَ ءَابَآؤُكُم مِّنَ ٱلنِّسَآءِ إِلَّا مَا قَدۡ سَلَفَۚ إِنَّهُۥ كَانَ فَٰحِشَةٗ وَمَقۡتٗا وَسَآءَ سَبِيلًا ٢٢
Walā tankihū mā nakaha ābā'ukum minan-nisā'i illā mā qad salafa innahū kāna fāhishatan wamaqtan wasā'a sabīlā
Olub-keçənlər istisna olmaqla (bundan sonra) atalarınızın evləndiyi qadınlarla evlənməyin. Çünki bu, iyrənc və qəzəb doğuran bir əməl, həm də pis bir yoldur.
Təfsir
Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız İslamdan öncə olub-keçənlər müstəsnadır, keçmişdə etdiyiniz bu işə görə sizə əzab olunmaz. Çünki oğulun atanın arvadı ilə evlənməsi, çox iyrənc, Allahın qəzəbinə səbəb olan bir əməl və murdar bir yoldur!