An-Nisa surəsi, ayə 166

4:166

لَّٰكِنِ ٱللَّهُ يَشۡهَدُ بِمَآ أَنزَلَ إِلَيۡكَۖ أَنزَلَهُۥ بِعِلۡمِهِۦۖ وَٱلۡمَلَٰٓئِكَةُ يَشۡهَدُونَۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا ١٦٦

Llākinillāhu yashhadu bimā anzala ilayka anzalahū bi'ilmihī wal-malā'ikatu yashhadūna wakafā billāhi shahīdā

Lakin Allah sənə nazil etdiyinə şahiddir. O, bunu (Quranı) Öz elmi ilə nazil etmişdir. Mələklər də (buna) şahidlik edərlər. Şahid olaraq Allah yetər.

Təfsir

Ey Peyğəmbər! Əgər yəhudilər səni inkar edirlərsə, amma Allah, Qurandan sənə nazil et­dilənin doğru olduğunu təsdiqləyir. Allah Qura­nı, Onun sevib razı qaldığı və sevməyib xoşlamadığı əməlləri qullarına bildirmək üçün Öz elmi ilə nazil etdi. Mələklər də Allahın şahidliyi ilə birgə sənin gətirdiyin Quranın doğruluğuna şahidlik edərlər. Şahid ola­raq Allah yetər. Onun şahid olması, başqasının şahid olmasından kifayətdir.