رُّسُلٗا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةُۢ بَعۡدَ ٱلرُّسُلِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا ١٦٥
Rrusulam mubasshirīna wamundhirīna li allā yakūna lin-nāsi 'alallāhi hujjatu ba'dar-rusuli wakānallāhu 'azīzan hakīmā
(Biz) müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah qüdrətlidir, hikmət sahibidir.
Təfsir
Biz onları Allaha iman gətirənlərə böyük savabla müjdə verən və Allahı inkar edənləri isə ağrıdıcı əzabla qorxudan elçilər göndərdik ki, insanların elçilər göndərildikdən sonra üzür gətirmək üçün Allaha qarşı bir bəhanəsi olmasın. Allah mülkündə qüdrətlidir, hökmündə isə hikmət sahibidir.