An-Nisa surəsi, ayə 164

4:164

وَرُسُلٗا قَدۡ قَصَصۡنَٰهُمۡ عَلَيۡكَ مِن قَبۡلُ وَرُسُلٗا لَّمۡ نَقۡصُصۡهُمۡ عَلَيۡكَۚ وَكَلَّمَ ٱللَّهُ مُوسَىٰ تَكۡلِيمٗا ١٦٤

Warusulan qad qasasnāhum 'alayka min qablu warusulal lam naqsushum 'alayka wakallamallāhu mūsā taklīmā

Elçilərin (bir qisimi) barəsində daha öncə sənə xəbər verdik, digərləri barəsində isə sənə (heç nə) söyləmədik. Allah Musa ilə sözlə (vasitəsiz) danışdı.

Təfsir

Biz elçilər göndərdik onların bir qisimi ba­rə­sində Quranda sənə xəbər verdik, göndərdiyimiz elə elçilər də var ki, Biz Quranda onlar barə­sin­də isə sənə heç nə söyləmədik. Biz onların zikrini hikmət üçün tərk etdik. Allah Musaya hörmət əlaməti olaraq, onunla peyğəmbərlik haqqında həqiqi söz­lə, vasitəsiz, pak və uca olan Allaha layiq şəkildə da­nışdı.