An-Nisa surəsi, ayə 16

4:16

وَٱلَّذَانِ يَأۡتِيَٰنِهَا مِنكُمۡ فَـَٔاذُوهُمَاۖ فَإِن تَابَا وَأَصۡلَحَا فَأَعۡرِضُواْ عَنۡهُمَآۗ إِنَّ ٱللَّهَ كَانَ تَوَّابٗا رَّحِيمًا ١٦

Walladhāni ya'tiyānihā minkum fa'ādhūhumā fa in tābā wa aslahā fa a'ridū 'anhumā innallāha kāna tawwābar rahīmā

Aranızda belə (yaramaz) iş tutanların hər ikisinə əziyyət verin. Əgər tövbə edib (əməllərini) islah etsələr, onlara əziyyət verməkdən vaz keçin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Təfsir

Aranızda zina edən kişilərin evli və ya subay olmasından aslı olayaraq onların hər ikisinə əziyyət ve­rin. Onların hər ikisini bu çirkin əməldən çəkindirəcək dərəcədə dil və əl ilə əzab verin. Əgər hər ikisi də tutduqları bu işdən əl çəkib əməl­lə­rini is­lah etsələr, onlara əziyyət vermək­dən vaz keçin. Çünki günahdan tövbə edən günah etməmiş kimidir. Hə­qi­qətən, Allah qullarından tövbə edənin tövbəsini qəbul edəndir və onlara qarşı rəhmli­dir. Zina edən kişi və qadına bu cür əzab vermək İslam dininin ilkin çağlarında idi. Bunda sonra hökm, zina edən subaydırsa yüz qamçı vurub, yaşadığı diyardan bir il müddətində sürgün etmək, əgər evlidirsə, daşqalaq edilərək öldürülməsi hökmü ilə nəsx edildi.