An-Nisa surəsi, ayə 15

4:15

وَٱلَّٰتِي يَأۡتِينَ ٱلۡفَٰحِشَةَ مِن نِّسَآئِكُمۡ فَٱسۡتَشۡهِدُواْ عَلَيۡهِنَّ أَرۡبَعَةٗ مِّنكُمۡۖ فَإِن شَهِدُواْ فَأَمۡسِكُوهُنَّ فِي ٱلۡبُيُوتِ حَتَّىٰ يَتَوَفَّىٰهُنَّ ٱلۡمَوۡتُ أَوۡ يَجۡعَلَ ٱللَّهُ لَهُنَّ سَبِيلٗا ١٥

Wallātī ya'tīnal-fāhishata min nisā'ikum fastashhidū 'alayhinna arba'atam minkum fa in shahidū fa amsikūhunna fil-buyūti hattā yatawaffāhunnal-mawtu aw yaj'alallāhu lahunna sabīlā

Qadınlarınızdan zina edənlərə qarşı aranızdan dörd şahid gətirin! Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!

Təfsir

Evli və ya subay qadın­ları­nızdan zina edənlərə qar­şı aranızdan dörd adil müsəlman şahid gətirin! Əgər onlar qadınlarınızın zina etdiklərinə şa­hid­lik etsə­lər, cəza olaraq o qadınları, həyatları ta ölüm ilə bitənədək, ya­xud Allah onlar üçün həbsdən qeyri bir yol aça­na­dək evlərdə həbs edin. Allah bundan sonra onlar üçün hansı yolun açdıqını bəyan etdi. Zina edən bakirə qadındırsa, yüz qamçı vurulduqdan sonra yaşadığı diyardan bir il müddətində sürgün edilməli, əgər zina edən evli qadındırsa, daşqalaq edilərək öldürülməsini qanun etdi.